Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Tehran vurulan Ukrayna təyyarəsinə görə təzminat ödəməyə razılaşdı

Tehran vurulan Ukrayna təyyarəsinə görə təzminat ödəməyə razılaşdı

Rəsmi Tehran 2020-ci ilin əvvəlində vurulan Ukraynaya məxsus sərnişin təyyarəsinə görə təzminat ödəməyə razılaşıb.
IRNA-nın məlumatına görə, bu barədə İran XİN rəsmi nümayəndəsi Abbas Musəvi danışıb.
“İran təyyarəyə görə təzminat ödəməyə razılaşıb, ancaq bunun reallaşması vaxt alacaq”, – deyə A.Musəvi bildirib.
Xatırladaq ki, yanvarın 8-də vurulan “Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus “Boeing 737” təyyarəsində 176 nəfər həlak olmuşdu.(oxu.az)

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …