Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / TBMM-in erməni deputatı seçkilərə qatılmayacaq

TBMM-in erməni deputatı seçkilərə qatılmayacaq

Türkiyə Böyük Millət Məclisinin erməni əsilli deputatı Karo Paylan növbəti parlament seçkilərinə qatılmayacaq.

O, bu barədə tviter hesabında paylaşım edib.

Paylan bildirib ki, eyni şəxs iki dəfədən artıq deputatlığa namizədliyini irəli sürə bilməz:

“Bu, Xalqların Demokratik Partiyasının nizamnaməsinə əsasən, belədir”.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-ü keçiriləcək.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …