Bazar ertəsi , Noyabr 18 2019
Ana səhifə / Dünya / Tbilisini güclü zəlzələ gözləyir – Alimlər həyəcan təbili çalırlar

Tbilisini güclü zəlzələ gözləyir – Alimlər həyəcan təbili çalırlar

Amerikanın NASA kosmik agentliyi gürcüstanlı alimlərə paytaxt Tbilisini güclü zəlzələ gözlədiyi barədə unikal məlumatlar təqdim edib. Bu barədə professor Anzor Sakandelidze danışıb.

O bildirib ki, bu barədə məlumatlar fizika-riyaziyyat elmləri üzrə doktor Manan Kaçaxidzeyə təqdim edilib. Məlumatlarda Gürcüstanda 5 baldan güclü zəlzələnin ola biləcəyi iki ocağın müşahidə edildiyi qeyd edilib. Ocaqlardan biri Tbilisi yaxınlığındadır. Buna görə də daimi olaraq monitorinqlər aparılmalıdır.

Sakandelidze əlavə edib ki, M. Kaçaxidze 50 gün öncə zəlzələnin olacağı və gücü barədə məlumat verə bilər.

Onun sözlərinə görə, Gürcüstana zəlzələ barədə öncədən proqnoz verən elektromaqnit dalğalı unikal aparat verilib. Bununla yanaşı,0 Gürcüstan Yaponiya, İtaliya, Rusiya, Avstriya, Portuqaliya, Türkiyə və Kiprin də üzvü olduğu Beynəlxalq Konsorsiumun tam hüquqlu üzvü olub: “Ancaq aparatın işə salınması üçün 700 min lari (397 min manat) vəsaitə ehtiyac var”.

Həmçinin oxuyun

Almaniya tarixində ilk dəfə türk əsilli siyasətçi bələdiyyə sədri seçilib – FOTO/VİDEO

Bir neçə gün öncə Almaniyada keçirilən bələdiyyə seçkilərində bir ilk yaşanıb. Almaniyada türk mənşəli siyasətçi Belit …