Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Tbilisidə kütləvi etirazlar davam edir

Tbilisidə kütləvi etirazlar davam edir

Gürcüstanın paytaxtı Tbilisidə hökumət əleyhinə etiraz aksiyaları davam edir.

Aksiya iştirakçıları Rustaveli prospektində nəqliyyatın hərəkətini dayandırıblar.
Aksiyada təxminən 3 minə yaxın adam iştirak edir. Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara müdaxilə etmirlər. Onların əsas tələbi hökumətin istefasıdır. Sakinlər baş nazir istefa verənədək etirazları davam etdirəcəklərini bildiriblər.

Qeyd edək ki, etirazçılar prokurorluq və məhkəmələrin korrupsiyalaşdığını, hökumətin isə buna şərait yaratdığını və baş verənlərə göz yumduğunu deyirlər. Etirazlara baxmayaraq, baş nazir Georgi Kvirikaşvili istefa verməyəcəyini bəyan edib.

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …