Şənbə , Yanvar 23 2021
Ana səhifə / Dünya / Tbilisidə İran səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Tbilisidə İran səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Gürcüstanın paytaxtı Tbilisi şəhərində yaşayan bir qrup iranlı İran səfirliyi qarşısında preizdent Həsən Ruhaninin istefası tələbi ilə etiraz aksiyası keçirib. Bu barədə Rustavi-2 televiziyası məlumat yayıb.

Məlumatda deyilir ki, Tbilisidə yaşayan iranlılar artıq ikinci gündür İranın Tbilisidəki səfirliyinin qarşısına gələrək prezidentin istefası, hakimiyyətin dəyişməsi və islahatların aparılması tələbi ilə aksiyalar keçirir. Buradakı aksiyaçılar İranı bürümüş etiraz aksiyalarını dəstəklədiklərini bəyan edib.

Bir çox aksiya iştirakçısı İranı tərk etmlərində səbəb kimi xristianlığı qəbul etmələrini göstərib. Onlar həmçinin İranda azadlıqların məhdud olmasından, qadın və uşaqların hüquqlarının pozulmasından narahatdır.

“İran hakimiyyəti diktatordur. Onlar xalqı deyil, yalnız özlərini düşünür. Biz azad və normal ölkədə yaşamaq istəyirirk”, etirazçılardan biri Məhəmməd Rus bildirib.

“Mən xrisianam. Burada, Tbilisidə kilsəyə gedirəm, insan kimi yaşayıram. Mən Iranda adi insan kimi yaşaya bilmirəm. Məni hər an həbsxana gözıləyir, polis çağırır, niyə xristian olduğumu soruşur ”, Əli Rusta adlı etirazçı deyib.

Həmçinin oxuyun

Paşinyan: “Bayden gəldisə, Putin gedə bilər” – VİDEO

Ermənistanın Baş naziri Kremli və şəxsən Putini aldatmağa davam edir. Amma bu dəfə heç nə …