Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Tayvanda güclü zəlzələ: 2 nəfər ölüb, 200-dən çox xəsarət alan var

Tayvanda güclü zəlzələ: 2 nəfər ölüb, 200-dən çox xəsarət alan var

Tayvanın şərqində yerləşən Xualyan şəhərində baş vermiş güclü zəlzlə nəticəsində 2 nəfər ölüb, 200-dən çox insan xəsarət alıb.

RİA Novosti bildirir ki, daha 29 nəfər xilasedicilərin səylərinə baxmayaraq, “Marshal” otelində çıxılmaz vəziyyətdə qalıb. Xatırladaq ki, otelin binası qismən dağılıb və güclü yeraltı təkanlar nəticəsində şaqüli vəziyyətdə əyilib.

Onu da qeyd edək ki, Tayvan Müdafiə Nazirliyi dağıntı olan ərazilərdə axtarış-xilasetmə əməliyyatlarınnı aparılması məqsədi ilə 100-ə yaxın hərbçi göndərib. Onlara daha 250 əsgərin qoşulacağı gözlənilir.

***23:14

Tayvanda 6,1 bal gücündə zəlzələ baş verib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, zəlzələ yerli vaxtla saat 23:50-də adanın şimal-şərqində yerləşən Xualyan şəhərinin yaxınlığında qeydə alınıb. Yeraltı təkanların ocağı 11 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar nəticəsində otel binası uçub. Minimum 17 nəfərin blokadada qaldığı bildirilir. Yerli KİV-in yazdığına görə, bundan başqa bir neçə bina qismən və ya tamamilə dağılıb, körpülərə, yol örtüyünə, səkilərə ziyan dəyib.

Xəsarət alanlar barədə hələlik məlumat verilməyib.

Sunami təhlükəsi elan edilməyib.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …