Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Tatarıstanda Azərbaycan diasporunun sədri həbs edilib -TƏCİLİ

Tatarıstanda Azərbaycan diasporunun sədri həbs edilib -TƏCİLİ

İnterpress.az xəbər verir ki, Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının prezidenti Sərraf kərimov Rusiya xüsusi xidmət orqanları tərəfindən həbs olunub.

Sərraf Kərimovun həbs olunma səbəbi dəqiq bilinməsədə onun Kazanda yaşayan həmvətənlərimizin hüquqlarını qoruduğu üçün həbs edildiyi ehtimal olunur. Sərraf Kərimov Tatarstan rəsmiləri ilə sıx münasibəttə olan diaspor sədri kimi tanınır. O, Cəlilabad rayonunun Abazallı kəndində anadan olub. Hal hazırda Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının prezidentidir. O, eyni zamanda karate üzrə ikiqat Tatarıstan çempionu, qara kəmər ustası, ehtiyatda olan zabitdir.

Diaspor sədrinin həbs olunması ilə bağlı hələ ki, Xarici İşlər Nazirliyi və Diasporla İş Üzrə Dövlət Komitəsi məsələyə münasibət bildirməyib.

Həmçinin oxuyun

Senat Ukrayna və İsrailə yardım paketini təsdiqləyib

ABŞ Senatında Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi üçün …