Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / “Tarzan” rolunun ifaçısı Josef Lara təyyarə qəzasında öldü

“Tarzan” rolunun ifaçısı Josef Lara təyyarə qəzasında öldü

“Tarzan: Epic Adventures” (1996-2000) televiziya serialında baş rol ifaçısı, amerikalı aktyor Josef Lara ABŞ-ın Tennessi ştatında təyyarə qəzasında ölüb.

Bu barədə “Rutherford County” Administrasiyası məlumat yayıb.

Aktyo və həyat yoldaşı, məşhur diyetoloq kimi tanınan Qven Şamblin kiçikmühərrikli “Cessna C501” markalı təyyarədə qəzaya düşüblər.
Florida istiqamətində havaya qalxan təyyarə bir qədər sonra gölə düşüb. Hadisə nəticəsində 7 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, J.Lara “Malibu Rescuers” (Baywatch, 1989-2001) və “Conan” (Conan, 1997-1998) seriallarında da rol alıb.

Həmçinin oxuyun

Vladimir Kazimirov öldü

Tanınmış rusiyalı diplomat, ATƏT-in Minsk qrupunun Rusiyadan olan ilk həmsədri Vladimir Kazimirov 95 yaşında ölüb …