Ana səhifə / Dünya / Tarixi revolver hərracda 6 milyon dollara satıldı – FOTO

Tarixi revolver hərracda 6 milyon dollara satıldı – FOTO

140 il əvvəl amerikalı quldur, Vəhşi Qərb dövrünün qatı cinayətkarı Billi Kidin öldürülməsində istifadə olunan revolver “Bonhams” hərrac evində 6 milyon dollardan bir qədər çox məbləğə satılıb.

Unikal.org xəbər verir ki, “Sülhməramlı” adı ilə də tanınan altı patron tutumlu, tək atışlı “Colt” tapançası mütəxəssislər tərəfindən təxminən 3 milyon dollara hesablansa da, hərrac evi komissiya nəzərə alınmaqla 6,03 milyon dollara satıb.

Silah son vaxtlara qədər Texasdan olan Cim və Tereza Erl ailəsinin kolleksiyasının bir hissəsi idi. Məhz bu silahla şerif Pet Qarrett 1881-ci ildə Billi Kidi öldürmüşdü. Erl cütlüyü təxminən 50 ildir ki, Vəhşi Qərbə aid odlu silah və digər dini əşyalar toplayırdılar, lakin Cim 2019-cu ildə vəfat etdikdən sonra ailə kolleksiyanı satmaq qərarına gəlib.

Nyu-York əsilli Uilyam Henri Makkarti – sonralar Billi Kid kimi tanınan quldur – Arizona və Nyu-Meksiko ştatlarında 8 nəfərin öldürülməsinə görə axtarışda olub. Şerif Qarrett Nyu-Meksiko ştatının Fort-Samner qəsəbəsində aylarca sürən təqibdən sonra 14 iyul 1881-ci ildə onu güllələyib. Bir il sonra şerif Kidin tərcümeyi-halını nəşr etdirib.

Vəhşi Qərbin ən məşhur quldurlarından birinin hekayəsi “Pet Qarrett və Billi Kid” (1973) və “Gənc atıcılar” (1988) kimi filmlərdə də öz əksini tapıb.

Bundan başqa, Kidin məhkəmə binasından qaçarkən oğurladığı 1873-cü ilə aid “Vinçester” model silahı 375 min dollara hərracda öz sahibini tapıb. Hərrac evinin məlumatına görə, məşhur quldur bu model silaha daha çox etibar edirmiş və “Vinçester”lə çəkdirdiyi yeganə fotoşəkil bugünkü dövrə qədər gəlib çatıb.

Tarixi revolver hərracda 6 milyon dollara satıldı -FOTO
Tarixi revolver hərracda 6 milyon dollara satıldı -FOTO
Tarixi revolver hərracda 6 milyon dollara satıldı -FOTO
Tarixi revolver hərracda 6 milyon dollara satıldı -FOTO
Tarixi revolver hərracda 6 milyon dollara satıldı -FOTO
Tarixi revolver hərracda 6 milyon dollara satıldı -FOTO
Tarixi revolver hərracda 6 milyon dollara satıldı -FOTO

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …