Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Dünya / “Tapşırdım ki, Çindəki azərbaycanlıları da Türkiyəyə gətirin”

“Tapşırdım ki, Çindəki azərbaycanlıları da Türkiyəyə gətirin”

“Çinin Uhan şəhərində 25-ə yaxın türkiyəli, 10-a yaxın isə azəri yaşayır. Onların Türkiyəyə qayıtmaq kimi arzuları var”.

“Qafqazinfo”nun “hurriyet”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Seneqal səfərindən qayıdarkən təyyarədə KİV nümayəndələrinin sualını cavablandırarkən deyib.

Ərdoğan əlavə edib ki, bu haqda ona məlumatı Türkiyənin Səhiyyə naziri verib. Qeyd edib ki, nazir məsələ ilə bağlı təmkinli davranır: “Bizdə hələ ki, hər hansı bir problemdən söhbət gedə bilməz”. 

Daha sonra Türkiyə Prezidenti Çindəki azərbaycanlılardan da bəhs edib:

“Nazirliyə tapşırdım ki, tədbirlərinizi görün, azəri qardaşlarımızı da siyahıya daxil edin. Karantinə alaraq bu qardaşlarımızı Türkiyəyə gətirək. Hazırda Türkiyə ərazisində hər hansı bir problemdən söz gedə bilməz. Amma dostlarımız da hər cür tədbiri görərək addımlarını atırlar”.

Həmçinin oxuyun

Fransa Senatının üzvü Natali Quledən Azərbaycana böyük dəstək: – “Ürəyimizdə hiss etdiyimiz Qarabağ…”

AzTV-nin əməkdaşı, tanınmış tele-jurnalist Elnar Məmmədli müəllifi və aparıcısı olduğu “Hədəf” verilişində Fransa Senatının üzvü …