Cümə , Oktyabr 23 2020
Ana səhifə / Dünya / Tanınmış yazıçdan qalmaqallı çıxış: “Təcavüz çox böyük bir cinayət deyil”

Tanınmış yazıçdan qalmaqallı çıxış: “Təcavüz çox böyük bir cinayət deyil”

Feminist kimliyi ilə tanınan Avstraliyalı yazıçı Germaine Greerin “təcavüzün çox mühüm bir günah olmadığını” söyləməsi İngilis ictimaiyyətində narazılığa səbəb olub.
Moderator.az xəbər verir ki, yazıçı Uelsdə keçirilən “Ədəbiyyat” festivalında təcavüzə ciddi bir cinayət kimi baxmaq əvəzinə ona “laqeyd və diqqətsiz” yanaşmaq lazım olduğunu bildirib.
İngiltərədə yaşayan 79 yaşlı yazıçı “Təcavüzlərin çoxu əslində bir ziyan vermir. Təcavüzü böyük bir günah kimi düşünmək əvəzinə razılıqsız münasibət kimi düşünək. Bu içində hiss olmayan pis cinsi münasibətdən fərqli bir şey deyil”deyib.
Qeyd edək ki, yazıçı bu çıxışı zamanı özünün də keçmişdə zorakılığa məruz qaldığını bildirib.

Həmçinin oxuyun

“Qarabağ məsələsi Azərbaycan sərhədləri çərçivəsində həll edilməlidir” – ABŞ-ın NATO-dakı səfiri

ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və sərhədləri çərçivəsində həll edilməli olduğunu …