Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Tanınmış riyaziyyatçı donvurmadan öldü – FOTO

Tanınmış riyaziyyatçı donvurmadan öldü – FOTO

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) fəxri üzvü, tanınmış rusiyalı riyaziyyatçı Eduard Dubovu Moskvada don vurub.

Oxu.Az “Ren” TV-yə istinadən xəbər verir ki, Dubov dekabrın 23-də gecə saatlarında ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Riyaziyyatçının ətraflarını kəskin şəkildə don vurduğu bildirilir. İlkin məlumatlara əsasən, mərhum hadisə zamanı spirtli içkinin təsiri altında olub.

Eduard Dubov –  Moskva Riyaziyyat İcmasının üzvi idi. Şahmatda isə daha çox Sovet reytinq sisteminin yaradılmasına verdiyi töhfələrə görə tanınır. 90-cı illərdə Moskvanın Şahmat Federasiyasının rəhbəri olub.

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …