APA-nın BFMTV telekanalına istinadən verdiyi məlumata görə, o, cinsi zorakılıqda ittiham olunur. Bildirilir ki, ötən ilin oktyabrında iki qadın onun seksual zorakılığına məruz qalması ilə bağlı müraciət edib. Həmin vaxt hüquq-mühafizə orqanları Oksfor Universitetində dərs deyən din alimi ilə bağlı araşdırmaya başlayıb.

Alim ötən gün saxlanılıb, 4 gündən sonra barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə olacaq.

Qeyd edək ki Tarik Ramadan “Müsəlman qardaşları” hərəkatının banisi, misirli siyasi xadim Həsən əl Bənnanın nəvəsidir.