Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Tanınmış idmançının xalası koronavirusdan öldü – FOTO

Tanınmış idmançının xalası koronavirusdan öldü – FOTO

UFC çempionu, irlandiyalı döyüşçü Konor Makqreqorun xalası koronavirusdan ölüb.

Bu barədə idmançının özü “İnstagram” səhifəsində paylaşım edib. İzləyiciləri ilə kədərini bölüşən döyüşçü qeyd edib ki, xalası Annanın ölümü barədə Dublində efirə çıxmağa hazırlaşarkən məlumat alıb.

“Efirə çıxa bilmədim. Yazıq xalam. Anamın bacısı. Bu axmaq bir virusdur”, – deyə tanınmış idmançı yazıb.

Makqreqor insanları gigiyena qaydalarına əməl etməyə, həmçinin əllə görüşməkdən çəkinməyə çağırıb.

Azvision.az

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …