Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Tanınmış aktyorun bu hərəkəti sərt reaksiyalara səbəb oldu (VİDEO)

Tanınmış aktyorun bu hərəkəti sərt reaksiyalara səbəb oldu (VİDEO)

Antalyada Altın Portağal Film Festivalının qapanış və mükafatların təqdimetmə mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, 58-ci dəfə təşkil olunan mərasimdə tanınmış aktyor Tamer Karadağlı ilə “Zuhal” filmindəki rolu ilə “İlin ən yaxşı aktrisası” adına layiq görülən Nihal Yalçın arasında yaşanan gərginlik gecəyə damğa vurub.
Belə ki, Nihal Yalçının çıxışı zamanı mükafatı vermək üçün arxasında gözləyən Tamer Karadağlının saatına baxması, müxtəlik mimik hərəkətləri və aktrisanın çıxışı əsnasında mükafatı ona uzatması gündəm olub.
N.Yalçın filmdə çox qadının əməyi olduğunu deyib, rejissora təşəkkür edərkən T.Karadağlı ona mükafat verib.
“Kim verdi mükafatı? “Sus” dediniz? Artıq “sus” deyirsiniz?”, – deyə aktrisa Karadağlının hərəkətinə reaksiya göstərib.
“Mükafatınızla birlikdə danışın, qaldırın və zəfər çıxışınızı elə edin”, – Karadağlı cavab verib.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …