Cümə axşamı , May 26 2022
Ana səhifə / Dünya / “Taliban” liderindən çağırış: “Yeni hökuməti tanıyın”

“Taliban” liderindən çağırış: “Yeni hökuməti tanıyın”

“Taliban” lideri Hebətullah Axundzadə Fitr bayramı ərəfəsində göndərdiyi bəyanatda hazırkı hakimiyyətin beynəlxalq birlik tərəfindən tanınmasının vacibliyini vurğulayıb.

Yenisabah.az “Tolonews”a istinadla xəbər verir ki, o, “Taliban” hökumətinin qonşu ölkələr və bütün dünya ilə yaxşı münasibətlər qurmaq istədiyini bəyan edib.

Ümumən Mövləvi Hebatullah Axundzadə amnistiya fərmanına əməl olunması, qadınların hüquqları, narkotiklərlə mübarizə, ifadə azadlığı, Doha Memorandumu, ordunun formalaşdırılması və s. məsələlərlə bağlı 17 maddəlik bir bəyanat imzalayıb .

O, ​​qız məktəblərinin yenidən açılmasından bəhs etməsə də, ölkədə təhsil prosesini yaxşılaşdırmağa çalışacağını vurğulayıb.

“Taliban” lideri, həmçinin müxalifəti, siyasətçiləri və iş adamlarını ölkəyə qayıtmağa və Əfqanıstanın tərəqqisi üçün çalışmağa çağırıb, eyni zamanda, amnistiya fərmanına əməl olunmasını vurğulayıb.

Həmçinin oxuyun

İranda Heydər Əliyev Mərkəzinin oxşarı tikildi – Fotolar

Bakıdakı dünyaca məşhur Heydər Əliyev Mərkəzinin oxşarı İranda inşa olunub. Milli.Az bildirir ki, İrandakı oxşar …