Cümə , Oktyabr 30 2020
Ana səhifə / Dünya / Taksi sürücüsündən hər kəsə örnək olacaq addım- Şəhid ailələrinə ödənişsiz xidmət göstərir

Taksi sürücüsündən hər kəsə örnək olacaq addım- Şəhid ailələrinə ödənişsiz xidmət göstərir

Türkiyənin Kayseri vilayətində İsmət Aksoy adlı bir taksi sürücüsü avtomobilinin arxa şüşəsinə yapışdırdığı bir yazı ilə hər kəsin diqqətini cəlb edib.
Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, taksi sürücüsü avtomobilinin arxa şüşəsinə bu sözlər yazılan elan yapışdırıb: “Şəhid ailələrinə və üçhəriflilərə (PÖH və JÖH) ödənişsiz xidmət göstərirəm”. Taksi sürücüsü Polis Özəl Hərəkat və Jandarma Özəl Hərəkat qüvvələrini üçhəriflilər adlandırıb və belə yazıb. Aksoy Kayseridə 17 dekabr 2016-cı ildə 15 əsgərin şəhid olması ilə nəticələnən terror hücumundan sonra bu qərara gəldiyini bildirib.
“Şəhidlərə və vətənimizin keşiyində duranlara çox şey borcluyuq. Bir taksi sürücüsü kimi, onlara bu şəkildə dəstək vermək istədim. İndiyə qədər avtomobilimə həmin kateqoriyadan olan üç nəfər minib. Onlardan pul almamışam və təşəkkür ediblər. Vətəndaşlar mənim bu qərarımı dəstəkləyirlər”- taksi sürücüsü mətbuata verdiyi müsahibədə belə deyib.

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …