Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / “Təyyarələr bizi vursun, terrorçular da ölsün” + VİDEO

“Təyyarələr bizi vursun, terrorçular da ölsün” + VİDEO

Təhlükəsizlik üzrə məşhur türkiyəli ekspert Abdullah Ağar dünən Afrində 8 türk əsgərinin şəhid olması ilə nəticələnən əməliyyatları şərh edib.

Axar.az xəbər verir ki, Ağar Afrində qatı duman olması səbəbindən terrorçuların aktivləşdiyini bildirib.

“Bu qatı duman hər tərəfi görünməz edib. Terror qrupları da bu fürsətdən istifadə edib tunellərdə əsgərlərimizə yaxınlaşdı. Qəhrəman komandanlardan birinin belə bir çağırışı var: Təyyarələr bizi vursun. Bizimlə bərabər terrorçular da ölsün. Düşünürəm ki, bu sözlər “Zeytun budağı” hərəkatının simvoluna çevrilməlidir”, – ekspert bildirib.

Qeyd edək ki, dünən Afrində Kəl Təpə adlanan istiqamətdə 100-dən çox YPG-çi tunellərdən qəfil türk hərbçilərinə qarşı hücuma keçib. Nəticədə yaşanan silahlı qarşıdurmada 8 türk əsgəri şəhid olub, 26-sı yaralanıb. Terrorçulardan isə 23-ü məhv edilib, 2-si isə əsir alınıb.

Abdullah Ağar adıçəkilən döyüşün videosunu yayıb. Həmin görüntüləri təqdim edirik:

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …