Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Təyyarə qəzasında 100-dən çox insan ölüb

Təyyarə qəzasında 100-dən çox insan ölüb

Kubada “Boeing-737” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 100-dən çox insan ölüb.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində olan 110 nəfərdən yalnız 3-ü sağ qalıb. Ağır vəziyyətdə olan həmin sərnişinlər xəstəxanaya yerləşdirilib.
Təyyarənin “qara qutusu” hələ tapılmayıb. Hadisə ilə əlaqədar Kubada matəm elan edilib.

Qeyd edək ki, təyyarə ötən gün Havana aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra yerə çırpılıb.

Həmçinin oxuyun

Simonyan Rusiyaya işğalçı dedi – Moskvadan qorxaq cavab 

Alen Simonyan bütün ağlasığmaz sərhədləri keçib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının …