Çərşənbə , İyun 29 2022
Ana səhifə / Dünya / Sürücülük vəsiqələri ilə bağlı qaydalar yumşaldılır

Sürücülük vəsiqələri ilə bağlı qaydalar yumşaldılır

Avropa Komissiyası (AK) Ukraynada verilmiş sürücülük vəsiqəsinin bütün İttifaqda tanınması ilə bağlı qaydaları hazırlamağı planlaşdırır.

Avropa Komissiyası Ukrayna ilə digər məsələlərlə yanaşı yol hərəkəti haqqında saziş bağlamağı planlaşdırır, bu saziş sürücülük vəsiqələrinin və yükdaşımaları üçün ixtisas sertifikatlarının müvəqqəti tanınmasını nəzərdə tutur.

Qeyd edək ki, Almaniyada qəbul edilmiş qaydalara görə, Aİ hüdudlarından kənarda alınan sürücülük vəsiqəsi altı ay müddətində etibarlıdır, daha sonra sürücülük məktəbinə yazılmalı, yenidən imtahan verməli və yerli sertifikat alınmalıdır. Ancaq yeni sürücülük imtahanı ukraynalı qaçqınlar üçün baha başa gələ bilər, həmçinin vaxt aparacaq və dil bilmə ilə bağlı problemlər yaşana bilər. Bir çox iş yerləri üçün isə sürücülük vəsiqəsi tələb olunur. Oxu.az

Həmçinin oxuyun

Avtomobildə 46 cəsəd aşkar edildi

ABŞ polisi Texas ştatında avtomobil qoşqusunda 46 qanunsuz miqrantın cəsədini aşkar edib. Lent.az xəbər verir …