Ana səhifə / Dünya / Suriyanın Afrin şəhəri terrorçulardan təmizlənib

Suriyanın Afrin şəhəri terrorçulardan təmizlənib

Suriyanın müxalifət qüvvələri Afrin şəhərinə nəzarəti ələ keçirib.

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, müxalifət qüvvələrinin yaratdığı “Azad Suriya Ordusu” birləşmələri bu gün səhər saatlarından cənub-şərqdən Afrinin mərkəzinə daxil olmağa başlayıblar və son məlumatlara görə, şəhərə nəzarət artıq tam olaraq ələ keçirilib.

Bu, Türkiyə Silahlı Qüvvələrinin apardığı “Zeytun budağı” anti-terror əməliyyatı çərçivəsində baş tutub. Şəhər PKK/YPG terrorçularından təmizlənib.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …