Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Suriyalı qardaşlar 7 il sonra Həcc ziyarətində qarşılaşdılar

Suriyalı qardaşlar 7 il sonra Həcc ziyarətində qarşılaşdılar

Suriyada vətəndaş müharibəsi səbəbindən ayrılan qardaşlar yeddi il bir-birinin üzünə həsrət qalıb.

Virtualaz.org Türkiyə KİV-ə istinadən bildirir ki, yeddi illik həsrət Həcc ziyarətində bitib.

İki qardaş Məkkədə qarşılaşıb. Sosial mediada yayılan görüntülərdən aydın olur ki, onlar bir-birini görəndə ağlamağa başlayıblar və qucaqlaşıblar.

Qardaşların qovuşması və ağlaması digər hacıları da göz yaşlarına boğub.

Məlumata görə, qardaşlardan biri İordaniyada yaşayır, digəri isə Suriyada həyatına davam edir.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …