Ana səhifə / Dünya / Suriyalı qadınlar yardım qarşılığında cinsi əlaqəyə məcbur edilir

Suriyalı qadınlar yardım qarşılığında cinsi əlaqəyə məcbur edilir

Suriyada BMT və digər qurumların göndərdiyi humanitar yardımı daşıyan şəxslər bunun qarşılığında suriyalı qadınları cinsi əlaqəyə zorlayırlar. “Qafqazinfo” xəbər verir ki, bu barədə BBC mənbəsinə istinadən məlumat yayıb. 

Üç il əvvəl də bu tipli hadisələrin yaşanması ilə bağlı xəbərdarlıqlar edilsə də, xüsusən də Suriyanın cənubunda anoloji olayların davam etdiyinə dair hesabat hazırlanıb.

BMT və humanitar yardım qurumları cinsi istismar və təcavüz olaylarında qəti şəkildə güzəştə getməyəcəklərini və bölgədə işbirliyi qurduqları yerli yardım qurumları işçiləri tərəfindən həyata keçirilən bu olaylardan xəbərsiz olduqlarını ifadə ediblər.

BBC-yə danışan yardım qurumları işçiləri bildiriblər ki, cinsi əlaqə tələbləri o qədər sıx hal alıb ki, bəzi suriyalı qadınlar yardım dağıtma məntəqələrinə getməkdən imtina edirlər. Onlar insanların yardım üçün əlaqəyə girdiklərini düşünmələrindən qorxurlar.

Yardım qurumu işçilərindən biri isə bildirib ki, bir çox beynəlxalq quruluş baş verənlərə göz yumur: “Çünki bu təhlükəli bölgələrə yardım çatdırmağın tək yolunun yerli qurumlarla birlikdə çalışmaqdan keçdiyini düşünürlər”.

BMT Əhali Fondunun araşdırmasına görə, Suriyanın bir çox vilayətində humanitar yardım qarşılığında cinsi əlaqə tələbləri geniş yayılıb. “Suriyanın səsləri 2018” hesabatında deyilir ki, qadınlar və qız uşaqlar seksual əlaqə üçün qısa müddətə həmin şəxslərlə evləndirilir və ancaq bu yolla yardım almaq mümkün olur. Yardım paylayanlarla keçiriləcək bir gecə qarşılığında qida paketləri ala biləcəkləri söylənilir.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …