Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Dünya / Suriyalı qaçqınların 74 faizi Türkiyə vətəndaşı olmaq istəyir

Suriyalı qaçqınların 74 faizi Türkiyə vətəndaşı olmaq istəyir

Türkiyədə sığınacaq tapmış 3,5 milyon nəfər suriyalı qaçqının 74 faizi Türkiyə vətəndaşı olmaq istəyir.

Trend-in məlumatına görə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının dəstəyi ilə müvafiq araşdırma İstanbul, Şanlıurfa, Hatay, Qaziantep, Adana, Mersin, Kilis, Mardin, Bursa və İzmirdə aparılıb. Suriyalı qaçqınların 79 faizi bu şəhərlərdə yaşayır.

Araşdırma nəticəsində məlum olub ki, 3,5 milyon qaçqından 650 mini işləsə də, onlardan çalışma icazəsi olanların sayı 20 mindir.

Suriyalı mühacirlərin 52 faizi gələcəyini Türkiyədə görür.

Həmçinin oxuyun

“Qarabağ məsələsi Azərbaycan sərhədləri çərçivəsində həll edilməlidir” – ABŞ-ın NATO-dakı səfiri

ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və sərhədləri çərçivəsində həll edilməli olduğunu …