Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Dünya / Suriyada Rusiyanın 7 təyyarəsi məhv edilib: 10-dan çox hərbçi yaralanıb

Suriyada Rusiyanın 7 təyyarəsi məhv edilib: 10-dan çox hərbçi yaralanıb

Suriyada radikal islamçılar Rusiyanın “Hmeymim” aviabazasına hücum edib.

AzVision.az-ın xəbərinə görə, bu barədə “Kommersant” qəzeti hərbi-diplomatik mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, hadisə dekabrın 31-də baş verib. Minaatanlarla edilən hücumda Rusiyanın ən azı 4 ədəd “Su-24” bombardmançı təyyarəsi, 2 ədəd “Su-35S” qırıcı təyyarəsi və 1 ədəd “An-7”2 hərbi-nəqliyyat təyyarəsi məhv edilib.

Eyni zamanda silahların olduğu anbarda partlayış baş verib. 10-dan çox rusiyalı hərbçinin yaralandığı bildirilir. Mənbə əlavə təfsilatlar verməyib. Rusiya Müdafiə Nazirliyi qalmaqal barədə şərh verməyib.

Rusiyanın Müdafiə Nazirliyi yalnız Suriyanın Hama əyalətində helikopterin qəzaya uğraması barədə məlumat yayıb. Qeyd olunub ki, “Mi-24” tipli helikopter dekabrın 31-də Hamada tapşırığın icrası zamanı qəzaya uğrayıb. Hər iki pilot ölüb. Hadisə ilə bağlı məlumat isə yanvarın 3-də yayılıb.

Həmçinin oxuyun

ABŞ tarixində ilk – Maliyyə naziri qadın oldu

ABŞ Senatı Canet Yelleni ölkənin maliyyə naziri vəzifəsinə təsdiqləyib. Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, onun …