Ana səhifə / Dünya / Suriyada “Barış pınarı” – Ərdoğan əmr verdi, terrorçular məhv edilir

Suriyada “Barış pınarı” – Ərdoğan əmr verdi, terrorçular məhv edilir

Türkiyə Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK/YPG və İŞİD terror qruplaşmasına qarşı başlatdığı “Barış pınarı” əməliyyatı uğurla davam etdirilir.

Son məlumatlara əsasən, Türkiyə ordusu sərhəddən Suriya istiqamətində 30 kilometr irəliləyərək terrorçuların mövqelərinə sarsıdıcı zərbələr endirib. Əməliyyata “F16” bombardmançı təyyarələri də cəlb olunub.

Qırıcılar Rami hərbi bazasını və silah anbarını, Aluk, Mustel, Əsadiyə, Fender və Huşan kəndlərindəki hədəfləri bombalayıb. Dərik və Qamışlı əyalətlərində terrorçular məhv edilib.

Hərbi əməliyyatlarla əlaqədar Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğan Təhlükəsizlik Şurasını toplayıb. Mətbuata qapalı keçrilən iclasda “Barış pınarı” hərəkatı ilə bağlı müzakirələr aparılıb, tapşırıqlar verilib.

Türkiyənin yeni əməliyyata başlaması bir çox ölkələri narahat etməyə başlayıb. ABŞ prezidenti Donald Tramp əməliyyatları dəstəkləmədiyini bəyan edib.

Bundan əlavə, oktyabrın 10-na BMT Təhlükəsizlik Şurasının iclası çağırılıb. Fransa, Böyük Britaniya, Almaniya, Belçika və Polşa nümayəndələrinin tələbilə BMT TŞ-da Türkiyə ordusunun Suriyanın şimalında əməliyyata başlamasına dair müzakirələr aparılacaq. Azvision.az

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …