Bazar ertəsi , Avqust 10 2020
Ana səhifə / Dünya / Suriya-Türkiyə sərhədində terror aktı baş verib:çox sayda ölən var

Suriya-Türkiyə sərhədində terror aktı baş verib:çox sayda ölən var

Suriyanın şimal-şərqindəki Rasulayn şəhərində terror aktı törədilib.

Bu barədə “SANA” agentliyi məlumat yayıb. Partlayış 8 nəfərin ölümünə, 10-dan çox insanın yaralanmasına səbəb olub.

“Al Arabiya” telekanalının məlumatına görə, hadisə bazarın yaxınlığında qeydə alınıb. Belə ki, avtomobilin içərisində olan partlayıcı qurğu işə salınıb. Partlayış nəticəsində 19 nəfər yaralanıb.

Xatırladaq ki, Türkiyə ilə sərhəddə yerləşən Suriyanın Rasulayn şəhəri ötən il Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Suriyada Fərat çayının şərqində apardığı “Sülh çeşməsi” antiterror əməliyyatının başlamasının dördüncü günü terrorçulardan azad edilib.

Həmçinin oxuyun

Gürcüstan Prezidenti: “Heç vaxt Rusiyaya boyun əyməyəcəyik”

Gürcüstan müharibə və işğala bağmayaraq güclü, demokratik, azad və müstəqil ölkədir. Bunu Gürcüstan Prezidenti Salome …