Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Dünya / Suriya 48 saat ərzində Afrinə qoşun yeridə bilər

Suriya 48 saat ərzində Afrinə qoşun yeridə bilər

Terrorçu PKK qruplaşmasının Suriyadakı qollarından biri olan YPG-nin yaraqlıları Afrin şəhərində (Hələbdən 65 km məsafədə) və Türkiyə ilə sərhəd rayonlarında bir neçə mövqeni Suriya ordusuna təhvil verəcək.

Bu barədə kürdlərin “Firat” informasiya agentliyi məlumat yayıb.

Bildirilir ki, hökumətin qoşun bölmələri yaxın 48 saat ərzində Afrinə yeridilə bilər. Bu barədə razılaşma Hələbdə tərəflər arasında aparılan danışıqların yekununda əldə olunub.

Kürd terrorçuları Dəməşqdən, həmçinin Türkiyənin hava və qurudan anti-terror əməliyyatları apardığı Afrin şəhərinin hava hücumundan müdafiəsini təmin etməsini istəyib.(“Report”)

Həmçinin oxuyun

İran mediası Makronu şeytana bənzətdi- “Paris İblisi…”

Paytaxt Tehranda mühafizəkar bir qəzet olan “Vətən Emrooz” Fransa prezidenti Emmanuel Makronun İslam dininə qarşı …