Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Sülhməramlıların komandanı Serdyukov kimdir- DOSYE

Sülhməramlıların komandanı Serdyukov kimdir- DOSYE

Bu gün Qazaxıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT)sülhməramlı qüvvələrinin fəaliyyətinə rəhbərlik edəcək şəxsin adı məlum olub. Qazaxıstandakı hərbi kontingenti Rusiya Hava Desant Qüvvələrinin komandanı general-polkovnik Andrey Serdyukov idarə edəcək.

AzVision.az Serdyukovun tərcümeyi-halından bəzi məqamları təqdim edir.

Serdyukov Ryazan Ali Hava Desant Komandanlığı Məktəbini (1983-cü il), M.V. Frunze adına Hərbi Akademiyasını (1993-cü il) və Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını (2009) bitirib.

O, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını qızıl medalla bitirdikdən sonra Uzaq Şərq Hərbi Dairəsinin 5-ci Ordusunun komandirinin müavini vəzifəsində çalışıb. 2011-ci ildən – Şərq Hərbi Dairəsinin 5-ci Ordusunun komandanı olub.

Serdyukov 2013-cü ildə Cənub Hərbi Dairəsi komandirinin müavini həmin ilin oktyabrından isə – Baş Qərargah rəisi – Cənub Hərbi Dairəsi komandanının birinci müavini çalışıb.

O, Çeçenistanda konstitusiya quruluşunun bərpası üzrə birinci və ikinci əməliyyatlarda iştirak edib. Sedryukov həmçinin keçmiş Yuqoslaviyada keçirilən “Priştinaya yürüş”nün, eləcə də 2014-cü ilin yazında Krımda keçirilən referendumun təhlükəsizliyinin təmin edilməsi əməliyyatlarının iştirakçısı olub. Bundan başqa general 2019-cu ilin aprel-sentyabr aylarında Rusiyanı Suriyadakı kontingentinə komandanlıq edib.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …