Bazar ertəsi , Avqust 8 2022
Ana səhifə / Dünya / “Sülhməramlı əməliyyatını Putinlə 1 saata hazırladıq” – Lukaşenko

“Sülhməramlı əməliyyatını Putinlə 1 saata hazırladıq” – Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı(KTMT) sülhməramlılarının Qazaxıstan əməliyyatından danışıb. O, şənbə günü missiyasını başa vurmuş Belarus sülhməramlı kontingenti ilə görüşdə maraqlı açıqlama ilə çıxış edib.

Lukaşenko deyib ki, KTMT-nin sülhməramlı əməliyyatı incəliklərinə qədər özü və Rusiya prezidenti Vladimir Putin tərəfindən hazırlanıb.

– Öyünmədən daha çox deyəcəyəm. Bütün bu əməliyyatlar detallarına qədər iki prezident – Rusiya və Belarus rəhbərləri tərəfindən bir saat ərzində hazırlanıb,-Lukaşenko deyib.

Həmçinin oxuyun

Qazaxıstanda birdəfəyə 3 kəndin rusca adı dəyişdirilib

Qazaxıstanın şimalındakı Akmolinsk vilayətinin eyni vaxtda 3 kəndinin «rus» adı dəyişdirilib. Bu barədə avqustun 7-də …