Ana səhifə / Dünya / Sülh üzrə Nobeli onlar aldı – Biri ginekoloq, digəri İŞİD girovu…

Sülh üzrə Nobeli onlar aldı – Biri ginekoloq, digəri İŞİD girovu…

Sülh üzrə Nobel mükafatının builki sahibləri bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, mükafat Denis Mukbeqe və Nade Murada verilib. Makveqe və Murad mükafatı silahlı münaqişələrdə seksual təcavüzlə mübarizəyə görə alıblar.

Nade Murad bir vaxtlar İŞİD girovluğunda olub. Hazırda İraqda hüquq-müdafiəçisi olaraq çalışır. Denis Mukbeqe isə ixtisasca cərrah-ginekoloqdur. Konqo Demokratik Respublikasından olan Mukveqenin adı 10 ildir ki, mükafatı almaq üçün gözləyən namizədlərin siyahısındadır.

Qeyd edək ki, təqdimat mərasimi ənənəyə uyğun olaraq dekabrın 10-da baş tutacaq. Mükafatın məbləği 940 min dollardır.

Həmçinin oxuyun

Britaniya Fars körfəzinə 100 dəniz piyadası göndərir

Böyük Britaniya Oman körfəzində tankerlərin hücuma məruz qalmasından sonra öz gəmilərini qorumaq üçün Fars körfəzinə …