Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Süleyman Soylu:”Türkiyə 53 min suriyalıya vətəndaşlıq verib”

Süleyman Soylu:”Türkiyə 53 min suriyalıya vətəndaşlıq verib”

Türkiyə 53 min 99 suriyalıya vətəndaşlıq verib.

“Report” “Hurriyet”ə istinadən bildirir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

O qeyd edib ki, həmin şəxslər Türkiyə vətəndaşı olmaq hüququ qazanıblar və martın 31-də keçiriləcək bələdiyyə seçkilərində səsvermədə iştirak edəcəklər.

Nazir vurğulayıb ki, bələdiyyə seçkilərinin təhlükəsizliyini 547 min polis təmin edəcək.

Qeyd edək ki, 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsindən sonra ölkədən didərgin düşən 3 milyon suriyalı Türkiyəyə sığınıb.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …