Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Stoltenberq: “Ukraynanın qalib gəlməsi üçün bütün silahlar verilməlidir”

Stoltenberq: “Ukraynanın qalib gəlməsi üçün bütün silahlar verilməlidir”

Müharibənin həlledici mərhələsidir, ona görə də Ukraynanın qalib gəlməsi üçün bütün silahlar verilməlidir.

Bunu Almaniyanın “Handelsblatt” nəşrinə açıqlamasında NATO baş katibi Yens Stoltenberq deyib:

“Biz müharibənin həlledici mərhələsindəyik. Çətin döyüşlərlə üzləşirik. Ona görə də, Ukraynanın qalib gəlməsi və müstəqilliyini davam etdirməsi üçün ehtiyac duyduğu bütün silahlarla təmin edilməsi vacibdir. Ukraynaya hərbi yardım sülhə ən qısa yoldur”.

NATO baş katibi əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya hücum etməklə səhvə yol verib.

“O, öz ordusunun gücünü həddindən artıq qiymətləndirdi. Biz onların səhvlərini, mənəvi çatışmazlıqlarını, komanda problemlərini və zəif təminatlarını görürük”, – deyə Stoltenberq bildirib.

Baş katib vurğulayıb ki, rusiyalılar məqsədlərinə çatmaq üçün ağır itkilər verir və onlar zəif qiymətləndirilməməlidir. (APA)

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …