İsveçin paytaxtı Stokholmda iraqlı miqrant Salvan Momikanın növbəti dəfə Quranı yandırmaq aksiyası təşkil edib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı naməlum bir qadın müqəddəs kitabı söndürməyə cəhd edib.
Hüquq-mühafizə orqanları yanğınsöndürən balonla nümayişçilərə tərəf qaçan və kitabı söndürməyə çalışan qadını nəzarətə götürüblər.
Yerli polis İranın Stokholmdakı səfirliyi önündə baş verən vandalizmi şərh etməkdən imtina edib.