Çərşənbə , Sentyabr 23 2020
Ana səhifə / Dünya / Stallonenin ögey atası 58 milyon dollar mənimsəməkdə ittiham olunur

Stallonenin ögey atası 58 milyon dollar mənimsəməkdə ittiham olunur

Hollivud ulduzu Silvestr Stallonenin ögey atası 58 milyon dollar mənimsəməkdə ittiham olunur.

Radar Onlayn” nəşinin məlumatına əsasən, 73 yaşlı aktyorun ögey atası neyrocərrah Stiven Levin Dövlət Tibbi Sığorta fondundan pul oğurlamaqda şübhəli bilinir.

Belə ki, neyrocərrah  xəstələrin ev qayğısına ehtiyacı olduğunu göstərən müvafiq sənədlərə imza ataraq, fondun vəsaitini mənimsəyib. 

Əslində isə bu cür qayğıya ehtiyac yox imiş. Fonddan ödənilən pulun yarısını xəstələr mənimsəyir, qalan hissəsi isə Levinə çatırdı.

Hazırda federal tədqiqat aparılır. Stallonenin ögey atası 6 il azadlıqdan və həkim lisenziyasından məhrum ola bilər.

Həmçinin oxuyun

Rusiyada azərbaycanlı biznesmen tutuldu – FOTO

Rusiyada böyük məbləğdə fırıldaqçılıqda günahlandırılan azərbaycanlı biznesmen tutulub. 43 yaşlı Kərimov “Metrostroy”un keçmiş başçısı Nikolay …