Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Dünya / Şotlandiyada Britaniyadan ayrılmaq istəyənlər seçkilərdə qalib gəlib

Şotlandiyada Britaniyadan ayrılmaq istəyənlər seçkilərdə qalib gəlib

Şotlandiyada parlament seçkilərinin nəticələri açıqlanıb. “Report” BBC-yə istinadən xəbər verir ki, Şotlandiyanın Böyük Britaniyanın tərkibindən çıxmasını istəyən iki siyasi partiya bu siyasi kampaniyada qalib olub.

Bildirilib ki, Şotlandiya Milli Partiyası 129 mandatdan 64-nü, Yaşıllar Partiyası isə 8-ni qazanıb. Bununla da separatçı sayılan bu iki partiya bir yerdə parlamentdə 72 yer əldə edib.

Məlumata görə, onlar Şotlandiyanın Böyük Britaniyanın tərkibindən çıxması üçün referendumun keçirilməsinə çalışacaqlar.

Qeyd edək ki, mayın 6-da Böyük Britaniyanın bu ölkəsində parlament seçkiləri keçirilib. Seçkilərin nəticələri mayın 9-da gecə saatlarında açıqlanıb.

Həmçinin oxuyun

Putin: Navalnını Qərb ölkələrində saxlanılan rusiyalılarla dəyişməyə razılaşmışdım, amma o öldü

Rusiya Prezidenti Vladimir Putin həbsxanada vəfat edən Aleksey Navalnın mübadiləsinə razılıq verdiyini söyləyib. Bu barədə …