Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Son iki ayda iki “qiyamət günü” iddiası

Son iki ayda iki “qiyamət günü” iddiası

Texaslı astronom “12 oktyabrda dünyanın sonudur” deyir – elm dünyasındakı çaxnaşma

Dünya gündəmi bu günlərdə yeni bir “qiyamət” ssenarisi ilə çalxalanır. Bu da oktyabrın 12-də Yer kürəsinə nəhəng bir asteroidin düşəcəyi ilə bağlıdır. Sözügedən iddia ilə Texas Universitetinin astronomu Cudit Ris çıxış edib. Onun sözlərinə görə, nəhəng göy cismi – 2012 TC4-ün diametri 40 metrə çatır, yəni 2013-cü ildə Yerə düşən Çelyabinsk meteoritindən iki dəfə böyükdür. Cudit Ris əmindir ki, asteroidin Yerlə toqquşması nəticəsində bir çox insanın ölümünə səbəb olacaq proseslər başlayacaq.

O həmçinin bu asteroidin güclü zəlzələlərə, vulkan püskürməsinə də səbəb ola biləcəyini söyləyib.

Lakin NASA-nın fikrincə, 2012 TC4 asteroidin Yerlə toqquşma şansı sıfıra bərabərdir.

Astronomların sözlərinə görə, asteroidin Yer kürəsinə düşməsi böyük fəlakətlərə səbəb ola bilər. Belə ki, asteroid Yerlə toqquşarsa, Yer qatı dağıla bilər, böyük sunamilər qeydə alınar. Mütəxəssislər bu hadisələrin çoxsaylı insan tələfatına yol açacağını vurğulayır.

Digər iddialara görə, səma cismi ilə Yer kürəsi 2017-ci ilin oktyabr ayının 12-də toqquşacaq. Bu isə Yerdə iqlim dəyişikliyinə gətirib çıxaracaq və həyatı məhv edəcək, yəni dünya dağılacaq.

“Planet X – The 2017 Arrival” kitabının müəllifi, məşhur teoriyalar ustası Deyvid Meade də dünyanın sonu ilə bağlı ilginc açıqlamalar verib. D. Meade qiyamətin, yəni dünyanın sonunun tarixini verib. Beləcə, dünyanın sonu haqqında yeni bir teoriya da ortaya atılıb. D.Meade də 2017-ci ilin oktyabr ayında dünyanın böyük bir planetlə toqquşaraq sonunun gələcəyini iddia edib. Günəş qədər böyük olduğunu iddia etdiyi planetin Dünya və Cənub qütbü tərəfdən yaxınlaşdığını söyləyib. Adını X olaraq qeyd etdiyi böyük planetin ətrafında da bir çox planetlə birgə, içində Nibiru da daxil olmaq üzrə yeddi cisimlə gəlir. Nibiru komplo teorisyenlərinin “avara planet” adlandırdığı planetdir və sonuncunun ətrafında olan planetin müvazinətini pozduğuna inanır.

Amma elm dünyası Nibirunun varlığını qəbul etmir. NASA tərəfindən verilən açıqlamalarda Nibirunun varlığı rədd edilmişdi.

D.Meadin iddiasına görə, 2017-ci ilin oktyabr ayında dünyanın sonunun gələcəyi birmənalıdır. Qlobal elitlərin bunun fərqində olduqlarını və qurtula bilmək üçün yeraltı sığınacaqlar inşa etdiklərini iddia edən Meade eyni zamanda aşağıdakı açıqlamaları verib: “Cəmiyyət  panikadan uzaq tutulmaq üçün məlumatlandırılmır. Son dönəmdə həm say, həm də vurduğu ziyan baxımdan zəlzələlər artdı. Eyni zamanda fırtınalar da daha sıx-sıx görülür. Qara dəliklər və yarıqlar görülməyə başladı. İstilər isə daha sərt və uzunmüddətli təsirə malik olur”.

“Metro” qəzetinə açıqlama verən Robert Vicino da Rusiyanın hansı səbəbdən 40 milyon insan üçün yer altında inşaatlar hazırladığını araşdırmanın vacibliyinə toxunub. Onun iddiasına görə, Neptunun arxasında qalan X Planet və ya Nibiru da dünyanı yox edə bilər.

Xatırladaq ki, Nibiru haqqında ilk iddianı amerikalı yazar Sitchin 1976-cı ildə ortaya atıb. Sitchin Nibiru planetinin Tiamat ilə birlikdə Mars və Yupiter arasında yerləşdiyini bildirmişdi.

Amma bu, son günlər dünyanın sonu ilə bağlı ortaya atılan ilk iddia deyil.  Planet və ulduzların hərəkətlərini incələyən komplo teorisyenləri İncildə yer alan bir kəhanətə istinad edərək 23 sentyabr 2017-ci ildə qiyamət qopacağını iddia edib. Son bir neçə ildir qiyaməti heç cür “qopara bilməyənlər” bu dəfə də 23 sentyabr 2017-ci il tarixinə işarə vermişdilər. Müqəddəs kitablarda yazılır ki, qiyamət gününü ancaq günahkar insanlar görə biləcək.

Image result for Qiyamət günü

İddiada qeyd olunurdu ki, guya 23 sentyabr 2017-ci ildə Ay Qız bürcünün ayaqları altında yer alacaq və Günəş ulduzu boyunca keçidini edəcək. Bu teoriyanı müdafiə edən və yayan internet saytları da iddia edirdi ki, sözügedən hadisə 7 il davam edəcək böyük sıxıntıların da içində olacağı ikimərhələli zaman kəsiyində baş verəcək. Bu müddət ərzində insan oğlunun böyük təbii fəlakətlər yaşayacağı da fəlakət xəbərçilərinin dedikləri sırasında idi.

Ümumi xətləri etibarilə İncildə yer alan teoriya əslində xristian aləmi tərəfindən rədd edilir. Xristianlar qiyamətin əlaməti olaraq İncildə yer alan 2 fikri mənimsəyirlər…

Meadenin sübutları isə belədir:

Zəlzələlərin sayı və çoxluğu dramatik bir şəkildə artır.

Fırtınaların sayı da, miqyası da, növləri də arta-arta gedir. Dünya üzərində çatların sayı artır. İsti hava dalğalarının müddəti də, sərtliyi də artır.

23 sentyabr 2017-ci ildə Ay, Virgo (Qız) ulduzunun tam altında sürət götürəcək. Günəş bu ulduzu örtəcək və yalnızca 2017-ci ildə yaşanan bu hadisə nəticəsində bir doğuş yaşanacaq. Gupiter də 9-9-17-də doğmuşdu.

Bir sonrakı hadisədə isə yeni doğan bu planet Planet X (X Gezegeni) sanı qaplayacaq və dünya ilə Ay bir sonrakı bütöv aya qədər kölgədə qalacaq…

Image result for Qiyamət günü

Bu arada ən sivil mədəniyyətlərdən bu günə qədər fəlakət ssenariləri ilə əlaqələndirilən Günəş tutulması bu dəfə də mübahisələr yaradır. Ən populyar ssenarini məşhur ingilis numeroloqu  Deyvid Meade ortaya atdı və “Nibiru” adlı sirli, böyük bir planetin Dünya ilə toqquşaraq sonunu gətirəcəyini iddia etdi. NASA isə bunu dərhal yalanladı.

Amma son illərin ən böyük qiyamət xəbərdarlığı 2012-ci ilin 21 dekabrında yaşanmışdı. Həmin ilin oktyabr ayından etibarən dünyada ajiotaj baş alıb getmiş, teoriyalar çoxalmışdı. Hətta həmin vaxt dünyada dağılmayacaq iki məkan olaraq İzmirin Şirincə kəndi və Fransanın qərbindəki bir kənd göstərilmişdi. İnsanlar 21 dekabrda “sağ qalmaq üçün” axın-axın ora gedirdilər. Olaydan bir gün sonra, yəni 22 dekabrda isə NASA “Nə üçün dünən dünya yox olmadı” başlıqlı bir yazı hazırlayaraq baş verənləri təhlil etmişdi. Yazını yada salaq: “Günəş bütün insanlığı yox edəcək. Qiyamət hekayələri yayanların çox bilmədiyi bir mövzudur bu. Halbuki Günəşin fəaliyyətinin hər 11 ildə bir ən yüksək dərəcəyə çıxması və yenidən normala dönməsi, eləcə də Günəş döngüsü deyilən bu müddətdə Günəşin fəaliyyətləri və onun üzündəki qara dəliklərin sayında dəyişiklik müşahidə edilir. Bu zaman Günəş fırtınaları və partlamalarının da artdığı deyilən tezislər sırasındadır. Bu patlamaların yaydığı elektromaqnit dalğalar dünyanın atmosferinə çataraq telekommunikasiyaya təsir edir. Bu kosmik parçalar eyni zamanda cənub işıqları olaraq bilinən təbiət hadisəsinə səbəb olur. 21 dekabrda dünyanı qızardacaq bir günəş partlaması gözlənmir. Bu ilin noyabr ayında NASA-nın atmosfer üzrə mütəxəssisi Lika Guhathakurta deyib ki, dünyaya ciddi şəkildə təsir edəcək bir günəş fırtınası gözləmirlər”.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …