Çərşənbə , İyun 19 2019
Ana səhifə / Dünya / Son 25 ilin ən böyük fəlakəti – Yaponiyadakı mənzərə dəhşət saçır (Fotolar)

Son 25 ilin ən böyük fəlakəti – Yaponiyadakı mənzərə dəhşət saçır (Fotolar)

Avropa.info xəbər verir ki, Kobedə saatdakı sürəti 200 kilometrə çatan qasırğa yüzlərlə avtomobili havaya uçurub.

Ortaya çıxan mənzərə insanı dəhşətə gətirir. Osakada küçələr dəhşətli bir vəziyyətə düşüb. Yollarda qasırğanın təsirindən aşan maşınlarla doludur.

Nishinomiyada isə qasırğa nəticəsində limanda yük terminalında yanğın çıxıb. Dəniz yaxınlığındakı Kansai Beynəlxalq Aeroportu sular altında qalıb. Qasırğa bir gəmini hava limanına gedən yolun keçdiyi körpüyə sürükləməsi nəticəsində, körpü yerindən oynayıb. Körpü nəqliyyata bağlanıb. Gəmi isə tanınmaz hala düşüb. Havadan baxanda hava limanında eniş-qalxış zolaqları su kanallarını bənzədir. Yüzlərlə sərnişin hava limanında çarəsiz vəziyyətdə qalıb.

Dəniz limanlarında da vəziyyət digər yerlərdən elə də fərqlənmir. Kobedəki dəniz limanında konteyner bölgəsində yanğın çıxması nəticəsində xarabalığa dönüb.

Nishinomiyada qasırğanın sürüklədiyi gəmi quruya oturub. Jebi adlanan qasırğa nəticəsində ən azından 10 nəfər dünyasını dəyişib. Yapon hökuməti 50 min nəfər evlərini tərk etmə əmrini verib.

Təxminən 2 milyon insan üçün isə təxliyə tövsiyəsi dərc olunub. Təyyarə reysləri ilə yanaşı, qatarın da hərəkəti dayandırılıb.

Fəlakət bölgəsində 2 milyon evə elektrik verilmir. Qasırğada Osakada isə binaların üzlüklərini qoparıb aparıb.

Avropa.info

Həmçinin oxuyun

Pentaqona yeni rəhbər təyin edildi

Pentaqonun yeni rəhbəri Mark Esper olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp …