Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Solovyov oğlunun şəkillərinə görə hiddətləndi – VİDEO

Solovyov oğlunun şəkillərinə görə hiddətləndi – VİDEO

Rusiyalı aparıcı Vladimir Solovyov mediada onun model oğlunun fotosunu dərc olunduqdan sonra isterikaya düşüb.

Jurnalist adlanan şəxs Daniil Solovyovun Moskvada oxuduğunu və onun “qatı dindar oğlan” olduğunu sübut etməyə çalışıb.

Atasının sözlərinə görə, oğlu həqiqətən vaxtilə İngiltərədə oxuyub, amma bir neçə ildir ki, Moskva Universitetində təhsil alır. Eyni zamanda o, Daniilin hansı ali təhsil müəssisəsində oxuduğunu açıqlamayıb.

Bundan əlavə, o, oğlunun model agentliyi ilə işləməsini təkzib edib.

“Bu, Kiyev təbliğatçılarının yalanıdır”, – Solovyov bəyan edib.

Qeyd edək ki, bu günlərdə Rusiya mediasında 21 yaşlı Daniil Solovyovun Londonda yaşadığı və model kimi işlədiyi ilə bağlı məlumatlar yayılıb. Halbuki, onun atası çağırışçıların cəbhəyə göndərilməsini tələb edir, həmçinin Avropa paytaxtlarına raket zərbələri endirməyə çağırır.

https://baku.tv/embed/73172

ds.jpg (30 KB)

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …