Bazar , Oktyabr 25 2020
Ana səhifə / Dünya / Soçidə sel tüğyan edir: körpü uçdu, yollar dağıldı, ölənlər var – FOTO + VİDEO

Soçidə sel tüğyan edir: körpü uçdu, yollar dağıldı, ölənlər var – FOTO + VİDEO

Fövqəladə vəziyyət rejimi elan olunub

Rusiyanın Kuban vilayətində təbii fəlakət baş verib. Güclü leysan yağışları nəticəsində Soçi şəhərini su basıb.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dayanmadan yağan güclü leysan nəticəsində başlayan sel Makopse çayı üzərindəki körpünü sıradan çıxarıb.

147 saylı Cuqba-Soçi federal yolunun 20 metrlik hissəsi isə tamamilə dağılıb. Bu yol Tuepse şəhəri ilə Lazarev rayonunu birləşdirirdi. Rayonun böyük hissəsilə əlaqə kəsilib. 4 kəndlə isə nəqliyyat əlaqəsi tamam kəsilib.

Krasnodara düşən yağışlar nəticəsində isə iki minə yaxın ev su altında qalıb.

Tuapse rayonunda iki nəfər həlak olub, bir nəfər itkin düşüb, 362 nəfər təlxiyyə olunub.

Suyun səviyyəsi bəzi yerlərdə 2 metrə çatır. Yağıntılardan ən çox ziyan görən ərazilərində dəmiryolu vasitəsi ilə qatarların hərəkəti tamamilə dayandırılıb.

Bir gecədə 20 transformator sıradan çıxıb, 11 min ev işıqsız qalıb. Tuapse, Adler və Abşeron rayonlarında fövqəladə vəziyyət rejimi elan olunub.

 

 

Həmçinin oxuyun

Ankaradan Qahirəyə sərt reaksiya: “Misirin vəzifəsi terrora xidmət etmək deyil”

Suriyada terrorla mübarizədə şəhidlər verən, 4 milyona yaxın suriyalı miqranta qucaq açan Türkiyəyə qarşı bu …