Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Dünya / “Siyasi böhran ölkə dağılanadək davam edəcək” – Artur Vanetsyan

“Siyasi böhran ölkə dağılanadək davam edəcək” – Artur Vanetsyan

Müharibədə məğlub olan, kapitulyasiya aktına imza atan bir şəxsin baş nazir kimi fəaliyyət göstərməyə hüquqi və mənəvi haqqı yoxdur.

Bunu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, “Vətən” partiyasının sədri Artur Vanetsyan deyib.

Onun fikrincə, baş nazir Nikol Paşinyan mütləq istefa verməlidir: “Yeni baş nazir təcrübəli və qonşu dövlətlərin rəhbərləri ilə yaxşı əlaqələr qurmağı bacaran şəxs olmalıdır”.

Vanetsyan, həmçinin qeyd edib ki, Paşinyan istefa verməsə, Ermənistan siyasi böhrandan çıxa bilməyəcək. Nəticədə siyasi böhran ölkə dağılanadək davam edəcək.

Həmçinin oxuyun

Ermənilərdən gürcü və azərbaycanlılara qarşı təxribat

Öz çirkin əməllərindən əl çəkməyən ermənilər Gürcüstanda təxribat törətməyə, bu yolla iki dost və qardaş …