Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Sirkdə fillər döyüşdürüldü, tamaşaçılar tribunalardan qaçdı-VİDEO

Sirkdə fillər döyüşdürüldü, tamaşaçılar tribunalardan qaçdı-VİDEO

Tatarıstanın paytaxtı Kazanda yerləşən sirkdə iki fil səhnədə döyüşməyə başlayıb. Qorxuya düşən tamaşaçılar tribunalardan qaçaraq sirki tərk ediblər.

Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, fil təlimçiləri tamaşa zamanı iki fili döyüşdürməyə çalışıb. Gözlənilmədən bir fil digərini xortumu və başı ilə səhnənin kənarına sürükləyib, onu səhnədən yerə atmaq istəyib.

Tamaşaçıların böyük əksəriyyəti qorxu içərisində tribunalardan qaçıblar.

Fillərin döyüşünə reaksiya verən digər tamaşaçılar isə fillərə verilən işgəncəyə görə yüksək səslə etirazlarını bildiriblər. Olay böyüməsin deyə, fil təlimçiləri heyvanları səhnədən çıxarıb.

https://www.mynet.com/tv/embed/7088823

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …