Sosial şəbəkədə biz:

Sinan Selen Almaniyanın əks-kəşfiyyatına rəhbərlik edəcək

Sinan Selen Almaniyanın əks-kəşfiyyatına rəhbərlik edəcək

Türkiyə əsilli Sinan Selen ölkədə əks-kəşfiyyat funksiyalarını yerinə yetirən Konstitusiyanın Müdafiəsi Federal İdarəsinin yeni rəhbəri təyin olunacaq.

Bu barədə "Bild" qəzeti Xristian Demokrat və Xristian Sosial Birlik bloklarının və Almaniya Sosial Demokrat Partiyasının parlament fraksiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatlarına görə, sentyabrın 15-də Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt Zelenin təyinatı barədə qurumun işçilərinə məlumat verəcək.

Əks-kəşfiyyatın əvvəlki rəhbəri Tomas Haldenvanq 2024-cü ilin sonunda Bundestaq (parlament) deputatlığına namizədliyini irəli sürmək üçün vəzifəsini tərk edib, lakin deputata seçilə bilməyib.//Report


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol