Ana səhifə / Dünya / Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Türkiyəyə xəyanət sayılan o sənədi qəbul etdi

Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Türkiyəyə xəyanət sayılan o sənədi qəbul etdi

Şimali Kipr Türk Cümhuriyyətində birlik adı altında ayrılıq işləri aparılır.
Avropa.info xəbər verir ki, Şimali Kiprinin haqqını qoruyan və müdafiə edən Türkiyə, KKTC prezidenti Mustafa Akıncı tərəfindən kənarda qoyulmağa çalışılır.

Şimali Kiprin bütövlüyünün təminatını təmin edən Türkiyənin kənarda qoyulmasını planlayan iş Quterres çərçivə sənədi ilə aparılmağa çalışılır. Türkiyənin zəmanətindən imtina edilməsi və Ankaranın kənarda qoyulmasını planlaşdıran bu sənəd KKTC prezidenti Mustafa Akıncı tərəfindən qəbul edilib.
KKTC-nin keçmiş prezidenti Dərviş Eroğlu, prezident Mustafa Akıncının Quterres sənədin qəbul etməsi üçün yunan Kpirinin lideri Anastasiadisə müraciətini kəskin tənqid edib.

Eroğlu prezident Akıncının böyük bir planın içində olduğunu deyib:
“Bu sənəd bərabərliyimizi, təhlükəsizliyimizi, azadlığımızı, bu torpaqlarda qalmağımızı təhlükəyə atacaq bir sənəddir. Türkiyənin Kpirdən əsgərlərini çıxarmasını istəmək axmaqlıqdır. İngiltərənin bazaları olacaq, Rusiya, Fransa, Yunanıstan, İsrail istədiyi kimi Kipr ərazisində, dənizlərdə, havasında nizə atacaq, amma Türkiyə Kiprdə olmayacaq? Cənab Akıncı bunumu hədəfləyir? Cənab Akıncı dünya və regiondakı prosesləri görmürmü? Cənab Akıncı fələstinlilərin başında bir təminatçıları olmadığı üçün başlarına gələnlərin fərqində deyilmi” – Eroğlu belə deyib.

Həmçinin oxuyun

Zelenskinin andiçmə mərasimində kimlərin iştirak edəcəyi məlum oldu

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin andiçmə mərasimində təxminən 60 ölkənin prezidenti, hökumət başçıları və …