Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Dünya / Sibir dağları üzərində qeyri-adi buludlar – Fotolar

Sibir dağları üzərində qeyri-adi buludlar – Fotolar

Rusiyalı fotoqraf Svetlana Kazina Sibir dağları üzərində qeyri-adi buludları lentə alıb. “Qafqazinfo”nun məlumatına görə, onun çəkdiyi fotoları “National Geographic Rusiya” Feysbuk hesabında paylaşıb.

Şəkillərdə qarla örtülmüş dağların üzərində göy qurşağını xatırladan qeyri-adi formalı buludlar görünür.

S. Kazinanın sözlərinə görə, külək həmin ərazidə o qədər güclü idi ki, lentə alınan buludların görüntüsü hər saniyə dəyişirdi.

Müəllifin fotoları minlərlə bəyənmə sayəsində qısa vaxt ərzində populyarlıq qazanıb. Sosial şəbəkə istifadəçiləri gördüklərindən heyrətə gəldiklərini bildiriblər. 

Həmçinin oxuyun

ABŞ tarixində ilk – Maliyyə naziri qadın oldu

ABŞ Senatı Canet Yelleni ölkənin maliyyə naziri vəzifəsinə təsdiqləyib. Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, onun …