Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / “Şeytan çıxarma” kursları təşkil edilir…

“Şeytan çıxarma” kursları təşkil edilir…

Son illər İtaliyada “şeytan çıxarma” tələbləri 3 dəfə artıb. Siciliyanın paytaxtı Palermoda “şeytan çıxarma” ilə bağlı kurs keçirilir. Aprel ayında isə Romada beynəlxalq “şeytan çıxarma kursu” keçiriləcək.

Sputnik Azərbaycan “Habertürk“ə istinadla xəbər verir ki, Palermoda kursu təşkil edən “şeytan çıxarma” mütəxəssisi rahib Beniqno Pallila kursun mahiyyəti barədə məlumat verib: “Satanizm ilə bağlı təriqətlərdən, şeytandan xilas olan şəxslərin həyat hekayələrindən tutmuş ən xırda məsələlərə qədər danışırıq”.

Romada təşkil olunacaq beynəlxalq kursun təşkilatçılarından olan keşiş Cesare Truqui gənc keşişlərin “şeytan çıxarma”ğa o qədər də istəkli olmadığını, bu səbəbdən də bu sahədə mütəxəssislərin kifayət etmədiyini söyləyib.

Bunların bəzilərinin psixoloji problemlərdən qaynaqlandığı bildirilib.

Qeyd edək ki, Katolik Kilsəsi tərəfindən tanınan “şeytan çıxarma” mütəxəssisi ola bilmək üçün əvvəlcə keşiş olmaq şərti var. Keşişlər də “şeytan çıxarma” ayinini idarə edə bilmələri üçün bir yepiskopdan lisenziya almalıdırlar. “Şeytan çıxaran” keşişlərin xüsusi təhsil almış olması və ya “mütəxəssislərin yanında təcrübə keçməsi” də lazımdır.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …