Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Sevgilisi ilə ölkədən qaçan iranlı gənci edam gözləyir – FOTO,VİDEO

Sevgilisi ilə ölkədən qaçan iranlı gənci edam gözləyir – FOTO,VİDEO

Adanada Türkiyəyə qaçaqmalçılıq yolu ilə daxil olan Əfqanıstan və Pakistan əsilli miqrantlarla yanaşı biri qadın olmaqla iki iranlı da saxlanılıb.

Oxu.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, gənclər ölkələrinə geri qayıtmaq istəmədiklərini bildiriblər.

Gənc qız qeyd edib ki, onun qolunu kəsəcəklər, sevgilisini isə asacaqlar.

Cütlük terrorçu olmadıqlarını bildirib, lakin Türkiyə qanunlarına əsasən, gənclər barəsində ölkələrinə qaytarılma qərarı çıxarılıb.

Bundan sonra gənclər üçün sosial media istifadəçiləri ayağa qalxıb. Onlar gənc cütlüyün ekstradisiyasına qarşı çıxıblar:

“Gəncləri İrana göndərmək öldürmək deməkdir. Öldürüləcəklərini bilərək, onları ekstradisiya edə bilməzsiz”.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …