Cümə , Dekabr 4 2020
Ana səhifə / Dünya / Serj Sarqsyanın yaxın adamı Paşinyana sui-qəsddə ittiham olundu

Serj Sarqsyanın yaxın adamı Paşinyana sui-qəsddə ittiham olundu

Ermənistanın Respublika Partiyasının deputatı, keçmiş prezident Serj Sarqsyanın ən yaxın adamlarından hesab olunan Baqram Baqdasaryan baş nazir Nikol Paşinyana sui-qəsd hazırlamaqda ittiham olunur.

Bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.

B.Baqdasaryanın vəkilinin sözlərinə görə, o, sadəcə müxalifətin mitinqlərində iştirak edib, indi onu baş nazir Nikol Paşinyana sui-qəsd hazırlamaqda ittiham edirlər. Sübut kimi isə hansısa telefon danışıqlarından kəsilmiş fraqmentlər göstərilir.

Həmçinin oxuyun

Koronavirus bütün dünyada tüğyan edir – STATİSTİKA

Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 64 milyon 844 min 771 nəfərə çatıb. …