Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Dünya / Serj Sarkisyanın əmlakına həbs qoyuldu

Serj Sarkisyanın əmlakına həbs qoyuldu

Külli miqdarda dövlət vəsaitini mənisəməkdə ittiham olunan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın əmlakına həbs qoyulub. Bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin sözçüsü Marina Ohancanyan “RİA Novosti”yə bildirib.

“Sarkisyanın əmlakına və cinayət işində adı keçən “Flash” kompaniyasının rəhbəri Barseq Beqlaryanın mülklərinə həbs qoyulması barədə qərarı verilib”, – Ohancanyan deyib.

Bundan əvvəl Ermənistanın Xüsusi İstintaq Xidməti Sarkisyanı 1 milyon dollardan çox pul oğurlamaqda ittiham edib. Keçmiş dövlət başçısı özünə qarşı bu işi siyasi təqib hesab edib.

İstintaq materiallarına əsasən, qanun pozuntuları kəndlilərə əlverişli qiymətlərlə dizel yanacağının satılmasını nəzərdə tutan hökumət proqramı çərçivəsində törədilib. Belə ki, Sarkisyan öz tabeliyində olanlara dizel yanacağı tədarükçüsü kimi “Flash” kompaniyasını seçməyi tapşırıb. Halbuki, “Masxur” adlı digər şirkət daha uyğun qiymətlərlə öz xidmətlərini təklif edibmiş.

Həmçinin oxuyun

46-cı: indiyədək ABŞ -a rəhbərlik edənlərin siyahısı

Yanvarın 20-də Cozef Bayden paytaxt Vaşinqtonda təşkil edilən inauqurasiya mərasimində and içərək ABŞ prezidenti kimi …