Cümə axşamı , Aprel 18 2019
Ana səhifə / Dünya / Serj Sarkisyan özünü müdafiə etmək istəyir

Serj Sarkisyan özünü müdafiə etmək istəyir

S

             

İşğalçı ölkənin sabiq prezidenti ömürlük azadlıqdan məhrum oluna bilər

“Hraparak” qəzetində məlumat verilir ki, Ermənistan mətbuatında əsas başlıqlarından biri iki gün öncə Sarkisyanın xüsusi istintaq komitəsində sorğu-sual edilməsi gündəmin diqqətini çəkən ən vacib məsələlərindən biri olub. İşğalçı ölkənin bu sabiq prezidenti ondan bir gün əvvəl də xüsusi istintaqçılar tərəfindən 1-mart hadisələri ilə bağlı dindirilib. Ermənistan KİV-dən əldə edilən məlumatlara görə dünən Sarkisyan yenidən Ermənistan xüsisi istintaq komitəsinin (XİK) binasında olub. Artıq Sarkisyan 3-cü dəfədir ki, istintaqçılar qarşısında izahat verir.

   Məlum olub ki, artıq Sarkisyan özünə proffesional təcrübəli vəkillər də təyin edib. Bunlar Sarkisyanın yaxın adamları – keçmiş ədliyyə naziri Davit Arutunyan və onun 1-ci müavini vəzifəsində çalışan Arpine Ovannesyandır. Bu gün səhər hər 2 vəkil və Serj Sarkisyan “Respublikaçılar” partiyasının qərargahında 3 saata yaxın məsləhətləşmələr aparıblar”.

   Məlumat üçün bildirim ki, 1-mart 2008-ci ildə Serj Sarkisyan zor gücünə hakimiyyətə gələndə, etirazçılara güc tətbiq edilərək avtomat silahalarla dinc əhaliyə atəş açılıb.  Nəticədə 2-si uşaq olmaqla 14 dinc sakin ölüb, 67 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdilirilib. Həmin vaxt işğalçı ölkənin prezidenti Roberd Köçəryan, baş nazir isə Serj Sarkisyan idi. Əgər onların cinayətləri sübuta yetirilərsə, hər ikisi həyatdan ömürlük məhrum edilə bilər. Xocalı soyqırımı kimi ən dəhşətli faciənin təşkilatçısı və iştiraçısına belə bir günün qismət olacağı gözlənilən və arzu olunandır.

Aydın Eyvazov, AMEA Qafqazşenaslıq İntitutunun, Ermənişünaslıq şöbəsinin əməkdaşı

Həmçinin oxuyun

İstanbulun yeni “fatehi” kimdir? – Bioqrafiya

Xəbər verdildiyi kimi, 31 martda Türkiyədə keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinə əsasən Cümhuriyyət Xalq Partiyasının (CHP) …